• Şatobrian resepti

Reseptin məlumatları Baxış sayı: 8 816

Tarix : 26-10-2020, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Sümüksüz dana əti - 400 qr.
Göbələk - 2 ədəd
Pomidor - 2 ədəd
Kərəviz - 5 yarpağ
Kərə yağı - 3 x.q.
Duz, istiot zövqə görə

Sous üçün:
Xırda doğranmış soğan - 3 x.q.
Sirkə - 1 x.q.
Su - 1 x.q.
Yumurta sarısı - 2 ədəd
Ərinmiş kərə yağı - 1 stəkan
Xırda doğranmış kərəviz - 1 x.q.
¼ limonun suyu
Duz, qara istiot zövqə görə

Hazırlanması:
Əti döyün. Üzərinə duz, istiot və yağ sürtün. Tavada 5-6 dəqiqə qızardın. Pomidorları sobada bişirib, göbələyi yağda qızardıb, pomidorları üzərinə əlavə edin. Bişmiş qarışığı ətin üzərinə töküb, doğranmış kərəvizi əlavə edin.
Kənarda xırda doğranmış soğana qara istiot və sirkə töküb, tavada qızardın. Üzərinə limon suyu, yumurta sarısını və duzu əlavə edib, vam odda azca bişirin. Üzərinə ərinmiş kərə yağı və kərəviz töküb, qarışdırın. Qarışıq hazır oolduqdan sonra qızarmış ətin üzərinə tökün.

Nuş olsun!
Etiketlər: istiot, doğranmış, üzərinə, əlavə, töküb, Üzərinə, kərəviz, qızardın, Xırda, zövqə, tavada, soğana, sirkə, kərəvizi, qarışığı, Bişmiş, Kənarda, xırda, sarısını, oolduqdan
BİZİ İZLƏYİN