• Göbələk və pendirli toyuq filesi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 23 977

Tarix : 19-12-2015, 19:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Tərkibi:
500 qr toyuq filesi (döş əti)
300 qr şampinyon göbələyi
200 qr holland pendiri
2 ədəd soğan
duru yağ
duz

Hazırlanması:
1. Göbələklər təmizlənir, xırda doğranılır. 20 dəqiqə qaynar suda qaynadılır və suyu süzülür.

2. Soğan xırda doğranılır və yağda qızardılır.
3. Soğan biraz qızaranda bişmiş göbələkləri əlavə edib soğanla birlikdə biraz qızardırıq. Qızartdıqda zövqə görə duz vurulur.

4. Toyuq filesini çox nazik olmayan hissələrə bölürük, duzlayırıq.

5. Hazırladığımız fileləri duru yağda qızardırıq.

6. Qızardılmış filenin üzərinə soğanlı göbələk doyuruq. Onun da üzərinə holland pendiri dilimi qoyulur.

7. Pendirin əriməsi üçün mikrodalğalı sobada 2 dəqiqə qızdırırıq (adı yapışmayan tavadan da istifadə etmək olar-bunun üçün az istilikdə tavanın qapağını bağlayıb qızdırmaq lazımdı).

8. Süfrəyə verilərkən qarnir kimi düyü, spagetti və ya qızardılmış kartofdan istifadə etmək olar.

Göbələk və pendirli toyuq filesi resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: istifadə, etmək, doğranılır, xırda, pendiri, Soğan, üzərinə, qızardırıq, biraz, yağda, holland, dəqiqə, toyuq, dilimi, kartofdan, qoyulur, əriməsi, mikrodalğalı, doyuruq, Pendirin
BİZİ İZLƏYİN