• İspanaqlı qraten resepti

Reseptin məlumatları Baxış sayı: 15 263

Tarix : 24-10-2014, 15:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Oktay Aymelek (Oktay usta)


Tərkibi:
4 ədəd bişmiş kartof
2 x.q. kərəyağı
1,5 st. süd
duz
istiot

Üzəri üçün:
150 q sosiska
1 kasa göbələk
1 dəstə ispanaq
1 soğan
2 diş sarımsaq
duz
istiot
bitki yağı
1,5 st. süd
2 x.q. un
muskat cevizi
holland pendiri

Hazırlanması:
Bişmiş kartofları sürtgəcdən keçirin. Kərəyağı, süd, düz, istiot əlavə edib qarışdırın. Yağlanmış dərin (şüşə) sininin içinə qoyub hamarlayın.
Sosiska, göbələk, sarımsaq və soğanı xırda doğrayıb bitki yağında qovurun. Qızardıqdan sonra doğranmış ispanaq əlavə edib bir az da qovurun. Duz və istiot vurub qarışdırın, ocaqdan götürün.

Başqa bir tavada bitki yağında unu qovurun. Süd əlavə edib dayanmadan qarışdıraraq bişirin. Muskat cevizini sürtgəcdən keçirib əlavə edin (1 çimdik). Qatılaşanda ispanaqlı qarışımı əlavə edib qarışdırın.

Bunları kartof püresinin üzərinə töküb yayın. Holland pendirini sürtgəcdən keçirib üstünə səpin. 180 dərəcə qızdırılmış sobada pendir əriyənə qədər bişirin.

Nuş olsun!

Etiketlər: əlavə, istiot, bitki, sürtgəcdən, qarışdırın, qovurun, sarımsaq, keçirib, bişirin, yağında, kartof, göbələk, ispanaq, çimdik, Qatılaşanda, ispanaqlı, Bunları, qarışımı, bişmiş, Muskat
BİZİ İZLƏYİN