• Kurtizanka resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 769

Tarix : 30-10-2014, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q toyuq qiyməsi
2 orta baş soğan
1 alma
1 yerkökü
1 st. düyü
yumurta
ananas dilimləri
mayonez (xama)
duz, ədviyyat (zövqə görə)
Kurtizanka resepti - FOTO RESEPT


Hazırlanması:
Düyünü duzlu suda hazır olanacan bişirin (zəfəran və ya sarıkök əlavə edə bilərsiniz).
Qiyməni doğranmış soğan, sürtgəcdən keçirilmiş yerkökü və alma ilə birlikdə blenderdən keçirin. 1 yumurtanın yarısını və ədviyyat əlavə edib qarışdırın.
Kurtizanka resepti - FOTO RESEPT


Sinini kərə yağı ilə yağlayın. Əvvəlcə qiyməni, üstündən ananas dilimlərini, üstündən isə düyünü döşəyin. Bunu bir neçə qat təkrarlaya bilərsiniz. Çox yumşaq və yağlı istəyirsinizsə, hər layın arasına mayonez, yaxud xama vura bilərsiniz. Yumurtanın o biri yarısı və 2 x.q. mayonezi qarışdırıb hazırladığınız kütlənin üzərinə çəkin.
Kurtizanka resepti - FOTO RESEPT

Kurtizanka resepti - FOTO RESEPT


Sobada vam odda təxminən 35 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: bilərsiniz, mayonez, ədviyyat, əlavə, ananas, üstündən, bişirin, yerkökü, soğan, yağlı, yumşaq, istəyirsinizsə, layın, arasına, təkrarlaya, döşəyin, qiyməni, olsun, dilimlərini, düyünü
BİZİ İZLƏYİN