Tərkibi:500 q toyuq ciyəri
1 baş soğan
1-2 diş sarımsaq
1 yumurta
5 x.q. manna yarması
duz, istiot
bitki yağı (qızartmaq üçün)
Hazırlanması:Qaraciyəri, soğanı, sarımsağı kombaynda eynicinsli kütlə alınanadək xırdalayın, yaxud ət maşınında çəkin.
Duz, istiot, yumurta vurun, qarışdırın. Manna əlavə edib qarışdırın, 30-40 dəqiqə saxlayın.
Qızdırılmış tavada 1 x.q. olmaqla yağa salaraq hər iki üzünü qızardın.
Nuş olsun!
Etiketlər: qarışdırın, yumurta, istiot, əlavə, Manna, vurun, yaxud, maşınında, çəkin, dəqiqə, Qızdırılmış, üzünü, qızardın, olsun, salaraq, olmaqla, xırdalayın, tavada, saxlayın, kütlə