Tərkibi:750 qram toyuq budu
100 milliqram krem
1 çay qaşığı qatıq
5-6 təzə tərxun
1 diş sarımsaq
Qara bibər
Duz
Hazırlanması:Krem, qatıq, duz və qara bibəri yaxşıca doğranmış sarımsaqla qarışdıraraq sous hazırlayın. Toyuq budlarını sousa bulayın, tərxun yarpaqlarını saplaqdan ayırın və toyuqların üzərinə səpin. Soba tavasına toyuq budlarını düzün, qabı soba paketinin içinə qoyub ağzını bağlayın və soyuducuda 2 saat saxlayın.
Daha sonra paketin üzərində bıçaqla 1-2 dəlik açın, 180 dərəcə isidilmiş sobada 1,5 saat bişirin.
Süfrəyə isti-isti verin.
Nuş olsun!
Etiketlər: tərxun, qatıq, budlarını, toyuq, soyuducuda, saxlayın, bağlayın, sonra, içinə, düzün, paketinin, paketin, qoyub, ağzını, bıçaqla, bişirin, Süfrəyə, verin, olsun, sobada