• Doritoslu toyuq qızartma resepti

Reseptin məlumatları Baxış sayı: 7 571

Tarix : 17-07-2017, 19:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
1 paket Doritos çips
yarım stakan çörək ovuntusu (suxari)
yarım stakan un
2 yumurta
toyuq tikələr, istər sümüklü istər sümüksüz.
duz və istiot
qızartmaq üçün yağ
və qarnir olaraq kartof

Hazırlanması:
1. Əvvəl toyuğu hazırlamaq lazımdır. Mən bütün toyuğu götürdüm, onu ayrı tikələrə böldüm. Siz həmçinin hazır satılan toyuq tikələrdən də istifadə edə bilərsiz.
Tikələri yumaq və yaxşıca qurutmaq. Sulu qalsalar , qızaranda yağın içində çox sıçrayacaqlar.

2. Çips paketin bir ucundan azacıq çirtmək ki, havası çıxsın. Sonra oxloy ilə paketi "döymək" , çipsləri xırdalamaq üçün.

3.Dərin 3 boşqab götürün. Birinə un + 2 cimdik duz qarışdırın, o biri boşqaba 2 yumurta + 2 cimdik duz çəngəllə biraz açın, 3-cü boşqaba isə yarım stakan suxari + xırdakanmış çips qarışdırın.
4. Dərin qazana ortasınadək günəbaxan yağ tökün və isinməyini gözləyin.

5. Toyuq tikələri əvvəl una bulayın hər tərəfini , biraz sirkələyin ki, artıq un tökülsün. Sonra yumurtaya bulayın və ən son suxari çips qarışıma hərtərəfini bulayın.

6. İsinmiş yağa salın və orta od üstündə nar kimi qıp - qırmızı qızardın. Od çox güclü olarsa , ətin üstü tez qızarar , içi çiy qalar. İlıx yağa salmayın , yağı canına çəkər.

7. Toyuq qızaranadək 3-4 iri kartof soyun , nazik çubuk şəkildə doğrayın və başqa qabda yağda qızardın.

Nuş olsun!
Etiketlər: tərfini, suxari, yarım, stakan, bulayın, biraz, Toyuq, Sonra, kartof, istər, qızardın, boşqaba, Dərin, cimdik, qarışdırın, yumurta, toyuğu, toyuq, əvvəl, tikələri, tökülsün
BİZİ İZLƏYİN