• Toyuq şnitseli yanında südlü sousda göbələk resepti

Reseptin məlumatları Baxış sayı: 3 843

Tarix : 22-07-2017, 21:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri / Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
Toyuq şnitseli üçün:
1 toyuq döş ət
Yarım stakan un
Yarım stakan quru çörək ovuntusu
2yumurta
Duz və qızartmaq üçün 3-4 yemək qaşığı yağ

Hazırlanması:
1.Döş əti ortadan eninə 2 yerə bölün.
Hər böldüyünüz hissəni streçin arasına qoyun və oxloynan vuraraq nazik enli ləpik şəkilə salın. Ancaq cırmayın, ehtiyatlı və səliqəli görün işinizi.

2. Ayrı - ayrı dayaz geniş qablara un, çörək ovuntusu və yumurta. Una 1 çay qaşığı duz vurun və yaxşı qarışdırın.
Yumurtalara da 1 cimdik duz vurun və çəngəl ilə biraz açın.

3. Tavaya yağ tökün və isinməyini gözləyin.
4. Nazilmiş əti əvvəl una bulayın, sonra biraz silkələyin ki, unun artığı tökülsün. Sonra yumurtaya və ardından çörək ovuntusuna bulayın.
İsinmiş yağa salın əti və hər iki tərəfini nar kimi qızardın.

Oçağın altına diqqət edin orta olsun, zəif olarsa ət yağı canına çəkər, çox yuxarı od olsa onda üstü tez qızaracaq, içi çiy qalacaq.

Südlü sousda göbələk üçün:
1 kiçik soğan
250-300 qr təmizlənmiş şampinyon göbələyi
1 stakan süd
1 çay qaşığı qardalı nişastası
Duz , istiot və qızartmaq üçün yağ


1. Göbələkləri nazik doğramaq.
2. Soğanı xırda doğramaq.
3. Kiçik tavada yağda soğanı azacıq qovurmaq. Göbələkləri əlavə etmək və suyu çəkilənədək qovurmaq. Gözləyin yağa düşsün.

4. Südlü sousu hazırlamaq üçün süd və nişastanı yaxşca qarışdırmaq. Adətən nişasta qsbın dibinə çökür və yapışır, ona görə yaxşı qarışdırın. Garışdırandan sonra saxlamayın, yoxsa nişasta yenə dibə çökəcək.
Göbələk yağa düşəndə südlü sousu qarışdıraraq üstünə tökmək və 5-10 dəq ocaxda saxlamaq. Duz , istiot vurmaq. Birazdan görəcəksiz süd qatılaçacaq , smetan kimi qatılaşacaq. Onda demək hazırdı.

Yeməyi təqdim etmə mərasimə keçmək olar : geniş dayaz qaba toyuq şnitselini qoyun, yanına da südlü sousda göbələk.

Bu tərifin hər addım şəkillərinə baxmaq üçün bloqa keçə bilərsiz. Profildəki mavi rəng linkə basaraq avtomatik keçirsiz bloqa, tər tökərək çəkdiyim şəkillərə baxırsız.

Nuş olsun!
Etiketlər: qaşığı, stakan, çörək, Südlü, dayaz, nazik, sousda, südlü, sousu, geniş, salın, vurun, bulayın, sonra, biraz, nişasta, yaxşı, qarışdırın, bloqa, göbələk
BİZİ İZLƏYİN