Tərkibi:500 q forel və ya qızılbalıq
3 pomidor
200 q şampinyon
1 baş soğan
100 q sürtgəcdən keçirilmiş pendir
bitki yağı
duz
istiot
göyərti
sarımsaq + mayonez (zövqə görə)
Hazırlanması:Soğan və göbələyi doğrayıb birlikdə bitki yağında qovurun.
Balığı steyklərə doğrayın, duz, istiot vurun, yağlanmış formaya düzün.
Göbələk qovurmasını üzərinə döşəyin. Pomidorun qabığını soyun, fal-fal doğrayıb üstünə düzün, üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.
Zövqə görə xırdalanmış sarımsaqla mayonez də əlavə etmək olar, bu, balığın dadını bir qədər basdırır.
Balığı 180-200 dərəcə qızdırılmış sobada 20-30 bişirin. Lazım gələrsə, üzərinə folqa çəkin,
Süfrəyə verərkən üzərinə doğranmış göyərti səpin.
Qeyd: Bunu filedən də hazırlaya bilərsiniz. Forel və ya qızılbalığı digər balıqla əvəzləyə bilərsiniz. Əgər balıq yağsız olarsa (məsələn, cod balığı), o zaman mayonez çəkmək mütləqdir, əks halda balıq quru və dadsız alınacaq.
Nuş olsun!
Etiketlər: üzərinə, mayonez, doğrayıb, balıq, göyərti, bilərsiniz, səpin, düzün, istiot, Balığı, sürtgəcdən, bitki, keçirilmiş, pendir, çəkin, folqa, Süfrəyə, doğranmış, alınacaq, olsun