Tərkibi:1 kasa incə bulğur,
2 ədət pomidor,
1 ədət baş soğan,
2 ədət uzunsov bibər,
1 su stəkanı toyuq suyu,
1 su stəkanı isti su (toyuq suyu da ola bilər),
2 yemək qaşığı maye yağ,
Hazırlanması:Plovu hazırlamaq üçün əvvəlcə soğanları soyun.
Soyduqdan sonra soğanları incə-incə doğrayın .
Bir tavada yağı qızdırın.
Qızdırdığınız yağda doğradığınız soğanları azca qızardın. Üzərinə doğranmış uzunsov bibərləri əlavə edərək , bir az daha qovurduqdan sonra rəndələmiş olduğunuz pomidorları əlavə edib yaxşıca qovurun.
Bulguru yuyub süzün və suyunu tam süzdükdən sonra qovurduğunuz soğanların içinə əlavə edərək 1-2 dəqiqə daha qovurun.
Sonra isti halda olan toyuq suyunu üzərinə əlavə edin.
Suyu az olarsa isti su əlavə edə bilərsiniz.
Duzunu da əlavə edərək bir dəfə də qarışdırıb qapağını qapadın.
Vam odda suyu çəkilənə qədər qarışdırmadan bişirin.
Ocağı söndürdükdən sonra qapağın altına dəsmal qoyaraq 10 dəqiqə qədər gözlədin. Bu zaman plov gözləyib dincəlirkən, qapağın altına qoyulan dəsmal plovun üzərinə suyun damlamasının qarşısını alır.
Plovumuz hazırdır.
İsti halda servis edin.
Nuş olsun!
Etiketlər: əlavə, sonra, toyuq, soğanları, edərək, qapağın, dəsmal, dəqiqə, qədər, suyunu, üzərinə, halda, qovurun, altına, uzunsov, stəkanı, qarışdırıb, Duzunu, qapağını, qapadın