• Toyuq küküsü resepti

Reseptin məlumatları Baxış sayı: 18 857

Tarix : 15-08-2015, 18:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Aş - Plov

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
400 q doğranmış toyuq döşü ,
200 q doğranmış göbələk ,
3 dənə doğranmış kartof,
3-4 yemək qaşığı dəmlənmiş zəfəran,
2-3 çay qaşığı sarıkök (zərdəçal),
Lazım olan qədər yumurta,
Zövqə bağlı ədviyyat ,
Lazım olan qədər duru yağ ,
1 baş soğan,

Bəzək üçün:
Qızarmış soğan, zirinc, püstə(antep fıstığı) və badam

Hazırlanması:
Bir baş soğanı soyun və incə doğrayın.
Tavada yağı qızdırıb soğanı bir az saralanadək qızardın.
Toyuq döşünü doğrayıb soğana qatın və bir az qızartdıqdan sonra kənara qoyun.
Əvvəlcədən hazırladığınız kartofu ,göbələyi bir tavada ayrı- ayrı az yağda qızardın.
Qızardandan sonra artıq yağını süzün.
Bir qabda yumurtaları yaxşıca çalın.
(nə qədər yumurta lazımsa artıra bilərsiniz).
Qarışıma duz,ədviyyat və dəmlənmiş zəfəranı atıb yaxşı qarışdırın.
Sonra fırın qabına qat -qat yani(əvvəl toyuq döşünü, sonra da yumurta qarışımını, göbələyi və yenə yumurta, kartof, toyuq döşünü düzün və ən son yumurta qarışımı əlavə edin.
Fırını 160 °C 170 °C -dək qızdırın.Qızdırılmış fırının orta hissəsində 25-30 dəqiqə ərzində, və yaxud da üstləri yaxşı qızaranadək bişirin.
Kükü hazır olduqdan sonra üstünü öz zövqümüzlə bəzəyin .

Qeyd:
Bu kükünü tavada da hazırlaya bilərsiniz.
Yağı əritdikdən sonra qarışımı tavaya töküb, üstünü düzləyin.
Ocağın normal odunda qızardın.
Kükü qızardıqdan sonra dördə bölüb çevirərək o biri üzünü də qızardın.
Kükünü bütövdə çevirib qızarda bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, yumurta, qızardın, bilərsiniz, döşünü, qədər, toyuq, doğranmış, soğan, üstünü, qarışımı, tavada, soğanı, qaşığı, ədviyyat, kartof, yaxşı, Lazım, dəmlənmiş, hissəsində
BİZİ İZLƏYİN