• Lülə kabab resepti - Video resept

Reseptin məlumatları Baxış sayı: 22 933

Tarix : 29-12-2017, 21:30

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar / Video reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 1-2


Tərkibi:
Hər pay üçün:

300 q qoyun əti,
20 q quyruq yağı,
40 q göy soğan,
15 q reyhan və cəfəri,
45 q un,
5 q duz.

Hazırlanması:
Lülə kabab hazırlamaq üçün qoyun cəmdəyinin kürək yaxud bud ətinin sümüyü çıxardılır. Bunlar sonra soğanla birlikdə ətçəkəndən keçirilir. Ancaq lülə kabab dadlı olması üçün ətçəkən mayın yerinə əti doğrama baltaları vasitəsi ilə qiymə halına gətirmək, daha ləzzətli nəticə əldə etməyə gətirib çıxardır. Bu qiymənin necə hazırlandığı videoda ətraflı göstərilir.

Hazırladığımız qiyməyə duz və istiot vurulub suvaşqan kütlə əmələ gəlincə ciddi qarışdırılır. Hazırlanıb yoğrulan qiymə bundan sonra 20 dəqiqə soyuq yerdə saxlanılıb dincəldilir. Burada qiymə, ədviyyat, duz və soğan qarışığı ilə özünü tutur və daha da ləzzətli lülə kabab hazırlamaq üçün vacib amildir.

Dincəlib bişməyə hazır hala gələn qiyməni yastı formalı sardelka şəklində 1,4 sm enində 45 qramlıq çəkidə hər pay üçün 3-dən 6 ədədə qədər olmaqla şişlərə taxılır. Şişlərə taxılmış lülə kabab bişməyə hazırdır.

Lülə kabab manqalda odsuz kömür üzərinda qızardılır. Lülə kabab tam bişməsi üçün arada şişləri çevirmək lazımdır.

Lavaş hazırlamaq üçün un ələnir, içinə su və duz qatılıb bərk xəmir yoğrulur və dərin boşqab ölçüsündə 1 mm qalınlıqda yayılır. Lavaş yağsız hər iki üzü tavada bişirilir.

Lüləkabab süfrəyə veriləndə lavaşın içinə qoyulur və bunun yanına halqavarı doğranış soğan, sumaq yaxud hər pay üçün 100 q şişdə qızardılmış pomidor qoyulur.



Nuş olsun!
Etiketlər: soğan, qiymə, Qoyun, bağlamaq, sapla, süfrəyə, Lüləni, verilməmiş, şişin, Qiymə, qarışdırılır, gətirilir, yanmır, üstünə, sarılır, hazırlanmış, Üstünə, verilir, sumax
BİZİ İZLƏYİN