• Hamburger resepti

Reseptin məlumatları Baxış sayı: 23 176

Tarix : 23-06-2016, 18:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
12 ədəd hamburger çörəyi
yarım kiloqram orta yağlı çəkilmiş mal və ya toyuq əti
1 stəkan əzilmiş çörək
1 çay stəkanı süd
2 çay qaşığı xardal
1 çay qaşığı qara bibər, qırmızı bibər və duz
yarım dəstə cəfəri
1 ədəd incə doğanmış soğan

Hazırlanması:
Bir qabın içində çəkilmiş mal və ya toyuq əti,
əzilmiş çörək, süd, xardal, duz, ədviyyat, incə doğranmış cəfərini, incə doğranmış və ya rəndələnmiş soğanla birlikdə yoğurun.
Hazırladığınız çəkilmiş mal və ya toyuq ətidən parçalar qoparıb hamburger kiftəsi edin və bol yağda qızardın.
Kiftələri, hamburger çörəklərinin içinə dənə dənə yerləşdirin.
Tost maşınında 3 dəqiqəyə qədər istilədin.
Arzuya görə hamburgeri arasına xardal, mayonez, ketçup və göyərti qoyub süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: xardal, toyuq, hamburger, çəkilmiş, çörək, bibər, doğranmış, qaşığı, əzilmiş, yarım, qoparıb, yerləşdirin, maşınında, dəqiqəyə, içinə, kiftəsi, qızardın, çörəklərinin, yağda, Kiftələri
BİZİ İZLƏYİN