• Parmezan pendirli əriştə resepti

Reseptin məlumatları Baxış sayı: 12 885

Tarix : 5-09-2017, 22:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
Sous üçün:
1 ədəd yumurta sarısı
20 qr “Parmezan” pendiri
20 qr Sibas balığı
20 qr kərə yağı
1 ədəd sukini
20 qr kalmar
20 qr krevet
Duz, istiot

Dekor üçün:
30 qr qırmızı qarağat
1 yarpaq cəfəri

Hazırlanması:
Sousun hazırlanması:
Dəniz məhsulları kubvarı doğranıb yağda qızardılır. Qarışığın üzərinə yarımhalqa şəklində doğranmış sukini qatılır, duz, istiot səpilib qovrulur.
Pastanın hazırlanması:
Su qaynadılr, içinə duz əlavə edilir. Pasta suda bişirilib suyu süzülür. Qazana tökülüb odun üstünə qoyulur. Üzərinə sous, yumurta sarısı, pendir əlavə edilib qarışdırılır. Hazır pastanın üzərinə cəfəri qoyulur, qarağatla bəzədilib servis edilir.

Nuş olsun!
Etiketlər: hazırlanması, qoyulur, edilir, əlavə, yumurta, üzərinə, istiot, cəfəri, sarısı, sukini, qarağatla, Pasta, bişirilib, bəzədilib, servis, içinə, Pastanın, süzülür, qaynadılr, Qazana
BİZİ İZLƏYİN