• Şirin kələm dolması resepti

Reseptin məlumatları Baxış sayı: 15 101

Tarix : 4-08-2017, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
500 qr ət
8-9 ədəd şabalıd
200 qr kişmiş
8-9 ədəd buxara gavalısı
duz, istiot
şəkər tozu
darçın
sarıkök
yumru düyü
baş soğan
kələm
pomidor

Hazırlanması:
Əvvəlcə ət və soğanı ətçəkən maşından keçirib, üzərinə ədviyyatlar və yumru düyü əlavə edirik və qarışdırırıq. Kələmin bərk hissəsini kəsirik və qaynayan suya qoyuruq. Yarpaqları yumşaldıqca soyub, götürürük. Daha sonra kələmin içərisinə ət, 3-4 ədəd kişmiş, şabalıd və turşu qoyub, bükürük. Bükülmüş dolmaları tavaya qoyuruq, üzərinə pomidor (və ya tomat) , yerdə qalan şabalıd, kişmiş və turşunu da əlavə edib,bişiririk. Ən sonda bişməyinə 10-15 dəq qalmış üzərinə şəkər tozu səpirik.

Nuş olsun!
Etiketlər: şabalıd, üzərinə, kişmiş, əlavə, yumru, pomidor, şəkər, qoyuruq, qoyub, bükürük, kələmin, götürürük, sonra, Bükülmüş, içərisinə, turşu, tomat, sonda, bişməyinə, qalmış
BİZİ İZLƏYİN