• Qəhvəli beze resepti

Reseptin məlumatları Baxış sayı: 12 612

Tarix : 7-12-2016, 21:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 ədəd yumurta ağı
200 qr şəkər kirşanı
20-30 qr qovrulmuş fındıq
20 qr qovrulmuş badam
100 qr üyüdülmüş qəhvə
10 qr vanil
Bir çimdik duz

Hazırlanması:
Yumurta ağı sarısından ayrılır. Yumurta ağının üzərinə duz və tədricən şəkər kirşanı əlavə edilərək köpüklənənə qədər mikserlə çırpılır.
Qarışığa vanil, badam, fındıq ləpəsi və üyüdülmüş gəhvə əlavə olunub ehmallıca qaşıqla qarışdırılır. Kütlə mətbəx torbasına doldurulub yağlı kağız salınmış formaya sıxılır. Beze 100 dərəcəyədək qızdırılmış sobada 1,5 saat qurudulur. Hazır bezenin üzərinə şəkər kirşanı səpilib servis edilir.

Nuş olsun!
Etiketlər: şəkər, kirşanı, vanil, Yumurta, əlavə, üzərinə, üyüdülmüş, fındıq, badam, qovrulmuş, salınmış, formaya, sıxılır, torbasına, mətbəx, dərəcəyədək, doldurulub, yağlı, kağız, Hazır
BİZİ İZLƏYİN