• Brokoli salatı resepti

Reseptin məlumatları Baxış sayı: 9 615

Tarix : 27-11-2018, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : legoutdesev


Tərkibi:
brokoli
yerkökü
qızmızı və sarı bibər
kivi ( yoxdursa qatmaya da bilərsiz,amma xüsusi bir dad verir)
cherry pomidor ( adi pomidor da qata bilərsiniz)
sarımsaq ( zövqə görə qatmaya da bilərsiz)
yaşıl nanə və şüyüt
xırda duzlu xiyar
limon suyu
zeytun yağı
duz

Hazırlanması:
Əvvəlcə brokoliləri qaynayan duzlu suya əlavə edib, 4 dəqiqə bişirin. Çox bişməsin ki, vitaminlər yox olmasın və yaşıl qalsın. 4 dəqiqədən sonra suyunu süzüb soyumasını gözləyin. Sonra daha xırda parçalara ayırın. Sarımsağı və yerkökünü sürtkəcdən keçirin. Qalan bütün inqredientləri doğrayın. Sonda limon suyu, zeytun yağı və duzunu qatıb yaxşıca qarışdırın. Salatımız hazırdır.

Nuş olsun!
Etiketlər: bilərsiz, limon, pomidor, yaşıl, qatmaya, xırda, duzlu, zeytun, yerkökünü, sürtkəcdən, Sarımsağı, parçalara, süzüb, suyunu, soyumasını, gözləyin, Sonra, ayırın, Qalan, yaxşıca
BİZİ İZLƏYİN