• Qozlu salat resepti

Reseptin məlumatları Baxış sayı: 14 368

Tarix : 18-03-2019, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
toyuq əti (filesi) — 150 q,
yumurta — 2 ədəd,
göbələk — 100 q,
soğan -1 ədəd,
pendir — 100 q,
sarımsaq — 2 diş,
qoz ləpəsi — 50 q,
mayonez – zövqə görə,

Hazırlanması:
Qozlu salat hazırlamaq üçün əvvəlcə soğanı xırda doğrayın.

Göbələkləri duzlu suda 15 dəqiqə ərzində qaynadın.

Qaynar tavada bitki yağında göbələkləri və soğanı qızardın.

Sonra bunları soyudun.

Toyuq ətini qaynadın.

Sonra bu toyuq ətini soyudun və xırda – xırda doğrayın.

Yumurtanı qaynadın və sürtgəcdən keçirin.

Sarımsağı yaxşıca əzin.

Pendiri sürtgəcdən keçirin.

Boşqabda pendiri, sarımsağı və mayonezi qarışdırın.

Qozlu salatı qat-qat yığılır:
Salatda məhsul laylarının yığılma ardıcıllığı bu şəkildədir:

1-ci qat (aşağı) – toyuq əti (mayonez yaxılır).

2-ci qat – yumurta (mayonez yaxılır).

3-cü qat – soğanlı göbələklər (mayonez azacıq yaxılır).

4-cü qat – sarımsaqlı və mayonezli pendir.

5-ci qat – qoz ləpəsi.

Nuş olsun!
Etiketlər: mayonez, xırda, qaynadın, toyuq, yaxılır, keçirin, soğanı, doğrayın, yumurta, Sonra, pendir, soyudun, sürtgəcdən, ətini, ləpəsi, Qozlu, Pendiri, qarışdırın, mayonezi, Boşqabda
BİZİ İZLƏYİN