Tərkibi:
- 300 qr toyuğun döş əti
- 100 qr qara qavalı (çəyirdəksiz)
- 100 qr pendir (holland və s.)
- 100 qr qoz
- mayonez
Hazırlanması:
Toyuq ətini bişirilir və xırda kublar şəklində doğranılır.Qara qavalı yuyulur və isti suda yumşalana qədər isladılır.Pendir sürtgəcdən keçirilir.Qoz xırda doğranılır.Buluda toyuq ətini qoyun, üzərinə mayonez çəkin.Üzərinə qara qavalı qoyun, mayonez çəkin.Qoz səpin, mayonez çəkin.Üzərinə pendir səpin. Salatı zövqünüzə görə bəzəyə bilərsiniz.Masaya verdikdən əvvəl salatı 3-4 saat soyuducuda saxlayın.
Nuş olsun!