Tərkibi:
Xəmir üçün:200 q marqarin
2,5 st. un.
1 st. xama
1 yumurta
1 x.q. şəkər tozu
azca duz
0,5 ç.q. soda
İç üçün:100 q pendir
1 banka balıq konservi (tuna)
1 balaca soğan
4 bişmiş yumurta
mayonez
Hazırlanması:Unu lövhənin üstünə ələyin, dondurulmuş marqarini sürtgəcin iri gözündən keçirin, yoğurmadan qarışdırın. Xama, soda, şəkər tozu, duz və yumurtanı çalın, yağla un qarışığına əlavə edib xəmir yoğurun. 30 dəqiqə soyuducuda saxlayın.
Nazik lavaşlar yayıb eyni boyda kəsin, içini yaş dəsmalla sildiyiniz siniyə qoyun, bıçaqla bir neçə yerindən deşik açıb 200 dərəcə qızdırılmış sobada bişirin.
Xəmirin artığından lavaş bişirib, xırdalayın (bu, salatın üstünə və qıraqlarına səpiləcək).
Sonra hər lavaşın üstünə: 1-ci lay - sürtgəcin xırda gözündən keçirilmiş və mayonezlə qarışdırılmış pendir, 2-ci lay - əzilmiş və xırda doğranmış soğanla qarışdırılmış balıq konservi, 3-cü lay - sürtgəcin iri gözündən keçirilmiş və mayonezlə qarışdırılmış bişmiş yumurta və beləcə korjlar bitənədək sıralama ilə döşəyin. Lap axırıncı lavaşın üstünə sadəcə mayonez çəkin. Lavaş qırıntılarını üstünə səpin. Soyuducuda ən azı 2 saat saxlayın ki, yumşalsın.
Nuş olsun!
Etiketlər: artığından, üstünə, sürtgəcin, yumurta, qarışdırılmış, gözündən, saxlayın, bişmiş, mayonez, lavaşın, konservi, keçirilmiş, mayonezlə, balıq, şəkər, xırda, pendir, Sonra, səpiləcək, lavaş, bişirin