• Beş dəqiqə qalır salatı resepti

Reseptin məlumatları Baxış sayı: 21 588

Tarix : 26-12-2016, 10:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q toyuq və ya hinduşka filesi
5 yumurta
150 q qara gavalı
100 q qoz
100 q pendir
mayonez
duz

Hazırlanması:
Fileni bişirin (qaynara düşdükdən sonra hinduşka filesini 35 dəqiqə, toyuq filesini isə 20 dəqiqə qaynadın). Soyudun. Xırda doğrayın. Qara gavalını xırdalayın. Qozu blenderdən keçirin, ya da bıçaqla xırda doğrayın.
Bişmiş yumurtanın ağını sarısından ayırıb ayrı-ayrılıqda sürtgəcin xırda gözündən keçirin. Pendiri də sürtgəcin xırda gözündən keçirin.
Siniyə əvvəlcə fileni döşəyin. Duzlayın, mayonez çəkin. Sonra aralarına mayonez çəkməklə bu sıra ilə ərzaqları düzün: yumurtanın sarısı, qara gavalı, pendir, qoz, yumurtanın ağı.
Yerkökündən nazik şəridlər kəsib saat əqrəbləri və siferblat düzəldin.

Nuş olsun!
Etiketlər: keçirin, xırda, mayonez, yumurtanın, doğrayın, toyuq, filesini, dəqiqə, hinduşka, pendir, sürtgəcin, gözündən, gavalı, Sonra, çəkin, döşəyin, Siniyə, əvvəlcə, fileni, aralarına
BİZİ İZLƏYİN