Tərkibi:2 ədəd kök,
250 qram brokoli,
100 qram gül kələm,
250 qram göbələk,
1 ədəd qırmızı bibər,
1 stəkan qarğıdalı konservi,
İncə doğranmış şüyüd,
İncə doğranmış keşniş,
Yarım stəkan zeytun yağı.
Sousu üçün:
4 diş incə doğranmış sarımsaq,
1 stəkan mayonez,
2 yemək qaşığı xama,
2 yemək qaşığı limon suyu,
2 yemək qaşığı zeytun yağı,
1 çay qaşığı quru nanə,
1 çay qaşığı kəklikotu,
Duz.
Hazırlanması:Kökləri soyub, nazik uzun halda kəsin və yağda azacıq qızardın.
Gül kələm və brokolini kiçik hissəciklərə bölün və yumşalanadək suda bişirin.
Göbələkləri suda bişirib, incə dilimləyin.
Bibəri nazik-nazik kəsin.
Hazırladığınız bütün ərzaqları qarışdırın.
Sousu hazırlayıb, salatın üzərinə vurun.
Nuş olsun!
Etiketlər: qaşığı, doğranmış, yemək, stəkan, nazik, kələm, Sousu, zeytun, kəsin, dilimləyin, bişirib, Göbələkləri, yumşalanadək, kiçik, hissəciklərə, bölün, bişirin, Hazırladığınız, salatın, üzərinə