Tərkibi:1,5 stəkan qoz ləpəsi,
1 stəkan əridilmiş marqarin.
1 şorba qaşığı şəkər tozu,
Yarım kq tahin halvası,
1,5 stəkan süd,
1,5 stəkan ufalanmış biskivit,
1 qutu krem şanti,
Sosu üçün:1, 5 stəkan dondurulmuş böyürtkən,
1 şorba qaşığı şəkər tozu,
2 şirniyyat qaşığı nişasta,
Hazırlanması:Biskivitlər toz halına gələnə qədər rondodan keçirdin.
Tavada marqarini əridin.
Biskivitlərin üzərinə tökün.
Bir qaşıq şəkər tozu ilə birlikdə yoğurun.
Dərin bir şüşə siniyə bastıra-bastıra yığın.
Halva un halına gələnə qədər rondodan keçirdin.
Içinə süd və toz krem şanti əlavə edərək möhkəm qarışdırın.
Sonra biskivitlərin üzərinə töküb yaxşıca yayın.
Donması üçün 1 saata yaxın soyuducuda saxlayın.
Servisə yaxın bir zamanda sosunu hazırlayın.
Böyürtkəni rondodan keçirdib qazana yığın.
Içinə nişasta və şəkər tozunu əlavə edərək qarışdıra-qarışdıra bişirin.
Şirniyyat donduqdan sonra soyuducudan çıxardın.
Üzərinə böyürtkənli sosu töküb, qoz ləpəsi səpərək servis edin.
Nuş olsun!
Etiketlər: stəkan, şəkər, rondodan, qaşığı, üzərinə, keçirdin, qədər, halına, gələnə, yığın, əlavə, yaxın, qarışdıra, töküb, edərək, nişasta, Içinə, bastıra, ləpəsi, şanti