Tərkibi:3 ədəd yumurta,
1 armudu st. şəkər,
1 armudu st. süd,
1 armudu st. duru yağ,
1 paket qabartma tozu,
1 paket vanil,
3 x.q. kakao,
2.5 armudu st. un
iri doğranmış qoz ləpəsi
Hazırlanması:Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə süd, yağ və vanil əlavə edilib qarışdırırıq. Son olaraq qabartma tozu, kakao və un əlavə edib, qatı məhlul halını alana kimi çalırıq. Zövqə görə xəmirə də qoz ləpəsi əlavə edə bilərsiniz. Keksi bişirəcəyimiz qabı yağlayırıq və üzərindən un səpirik. Hazırladığımız xəmiri keks qabına əlavə edib, üzərinə iri doğranmış qoz ləpəsi tökürük. 180 dərəcə istilikli sobada 20 dəqiqə bişiririk.
Nuş olsun!
Etiketlər: armudu, əlavə, ləpəsi, yumurta, paket, şəkər, çalırıq, doğranmış, qabartma, vanil, kakao, xəmiri, yağlayırıq, qabına, üzərindən, səpirik, Hazırladığımız, istilikli, dəqiqə, bişiririk