Tərkibi:3 yumurta
100 q şəkər tozu
70 q un
1 x.q. qabartma tozu
3 x.q. ispanaq püresi
300 q mandarin konservi
5 q limon sedrası
Hazırlanması:Yumurta sarılarını şəkər tozu ilə ağarıncayadək çalın.
İspanaq püresi əlavə edin.
Unla qabartma tozunu qarışdırın, sedra ilə birlikdə yumurta qarışığına əlavə edin. Qarışdırın.
Yumurta ağlarını möhkəm çalın və xəmirə əlavə edin.
Siniyə xəmirin yarısını tökün.
Mandarin dilimlərini üstünə düzün, xəmirin qalanını üstünə tökün.
180 dərəcə qızdırılmış sobada hazır olanadək bişirin.
Nuş olsun!
Etiketlər: əlavə, üstünə, tökün, xəmirin, çalın, Yumurta, şəkər, yumurta, qabartma, püresi, Mandarin, dilimlərini, hazır, yarısını, Siniyə, olanadək, sobada, olsun, dərəcə, xəmirə