Tərkibi:4 yumurta
2 plitka şokolad
100 q kərə yağı
200 q xama
1 st. şəkər tozu (biskvit üçün),
200 q şəkər tozu (krem üçün)
1 st. un
1/3 st. qaymaq
mürəbbə
Hazırlanması:Əvvəlcə kremi hazırlayın. Qaymaq, xama, şəkər tozu və kərə yağını çalın, soyuducuya qoyun.
4 yumurtanın ağını şəkər tozuyla çalın, yumurtanın sarısını, un əlavə edərək yenə çalın. Siniyə töküb 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Sonra hazır biskviti yarıya bölün. Üzərinə mürəbbə, sonra isə krem çəkin. Bir qədər gözləyin ki, canına çəksin. Sonra şokoladı əridin.
Biskvitləri üst-üstə qoyun. Elə forma verin ki, avtomobilə oxşasın. Kəsdiyiniz biskvit hissələrindən ("kapot"un üstündən) "təkər" düzəldib yanlarına qoyun. Şokolad və kremlə bəzəyin.
Nuş olsun!
Etiketlər: şəkər, çalın, qoyun, Sonra, mürəbbə, yumurtanın, biskvit, şokoladı, çəksin, əridin, Biskvitləri, forma, canına, qədər, sonra, Üzərinə, bəzəyin, çəkin, verin, gözləyin