• Darçınlı və köklü keks resepti

Reseptin məlumatları Baxış sayı: 7 403

Tarix : 18-01-2020, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : fitfood.azerbaijan


Tərkibi:
2 yumurta
1 böyük banan
25-30 kişmiş (məndə böyük ölçülü idi)
100 ml süd
2 yemək qaşığı araxis yağı
80 qram yulaf unu
1 ədəd kök
15 fındıq
Soda

Hazırlanması:
Əvvəlcə kökü tyerkadan keçiririk və kənara qoyuruq. Daha sonra kişmiş və fındığı blendordan keçiririk. Digər qabda çəngəl köməyi ilə bananı əzib yumurtaları əlavə edirik. Daha sonra araxis yağı, süd və unu əlavə edirik, yaxşıca qarışdırırıq. Bundan sonra kişmiş, kök və fındığı xəmirimizə qatırıq. Ən son 180 dərəcədə 40-45 dəqiqə bişiririk.

Nuş olsun!
Etiketlər: kişmiş, sonra, keçiririk, böyük, əlavə, edirik, araxis, fındığı, banan, yaxşıca, yumurta, yumurtaları, köməyi, bananı, qarışdırırıq, Bundan, bişiririk, olsun, dəqiqə, dərəcədə
BİZİ İZLƏYİN