• Gavalılı pambıq keks resepti

Reseptin məlumatları Baxış sayı: 15 840

Tarix : 18-07-2021, 16:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 yumurta
1 stəkan şəkər
1 stəkan isti su
Yarım stəkan yağ
2 fincan + 2 xörək qaşığı un
1 paket qabartma tozu
1 paket vanil

Üzəri üçün:
7-8 gavalı
Toz şəkər

Hazırlanması:
Əvvəlcə uyğun bir qabda yumurta və şəkəri götürüb yaxşı çırpırıq.
Üzərinə isti su və yağ əlavə edib qarışdırın.
Sonra un, qabartma tozu və vanil əlavə edib yenidən qarışdırın.
Tort xəmirini yağlanmış xəmir qabımıza tökək.
Xəmirin üstünə nazik dilimlə gavalı düzün.
Qızdırılan 170 dərəcəlik sobada təxminən 40 dəqiqə bişək.
Bişmiş tortu soyudun.Soyuduqdan sonra üzərinə şəkər tozu səpib süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkan, şəkər, vanil, gavalı, qarışdırın, qabartma, əlavə, paket, yumurta, üstünə, sobada, təxminən, dərəcəlik, nazik, düzün, dilimlə, Qızdırılan, dəqiqə, Soyuduqdan, səpib
BİZİ İZLƏYİN