Tərkibi:2 yumurta
0,5 st. şəkər tozu
300 q duru bal
100 q kərə yağı
3/4 st. tünd çay
1 ç.q. limon şirəsində söndürülmüş soda
1 ç.q. qabartma tozu
2 ç.q. darçın tozu
390 q un
250 q qara gavalı
Hazırlanması:Tünd çay dəmləyib bunun 3/4 stəkanını götürün.
Yumşaldılmış yağı bal və şəkər tozu ilə qarışdırın, çay və yumurtaları əlavə edin, qarışdırın.
Gavalıdan başqa digər quru ərzağı bir qabda qarışdırıb sonra ballı-yumurtalı qarışığa əlavə edin.
Qara gavalını yuyub qurudun, xırda doğrayıb xəmirə əlavə edin.
25 sm diametrli formanı yağlayın, un səpin. Xəmiri içinə tökün.
Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.
Süfrəyə verməzdən əvvəl soyudun.
Nuş olsun!
Etiketlər: əlavə, qarışdırın, şəkər, Xəmiri, içinə, tökün, səpin, Əvvəlcədən, formanı, xırda, qurudun, doğrayıb, xəmirə, diametrli, yağlayın, dərəcə, verməzdən, Süfrəyə, əvvəl, soyudun