• Kəsmikli bulka resepti

Reseptin məlumatları Baxış sayı: 32 700

Tarix : 19-09-2015, 12:00

Bölmə : Piroq və Kekslər / Xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
Xəmiri üçün:

5-6 su stəkanı un,
4 ədət yumurta(otaq temperaturunda
1 su stəkanı ilıq süd,
100q kərə yağı,
1 yemək qasığı toz şəkər,
1 çay qaşığı duz,
Xəmir –maya,

Kəsmikli xərc üçün:
200 q kəsmik(şor),
200 q toz şəkər,
100 q un,

Üzəri üçün:
3 yumurta sarısı,
1yemək qaşığı duru yağ,
Küncüt,

Hazırlanması:
Yumurtalar və otaq temperaturunda yumşalmış kərə yağını əllə qarışdırın.
Qarışan yumurta və yağa süd əlavə edərək
yenə əllə qarışdırın.
Kənarda ələnmiş un,toz şəkər və duzu qarışdıraraq bunlara əlavə edin və yumşaq, ələ həm yapışan,həm də yapışmayan xəmir yoğurun.
Xəmirin üzərini örtərək qabarması üçün isti bir yerə qoyun.
1.5 saat xəmirin qabarması üçün yetərli olacaqdır.
Sonra xəmirdən mandalin böyüklüyündə kündələr hazırlayın (25 kündə olacaq).
Kündələri tək-tək əllə azca açın.
İçinə hazırladığınız kəsmikdən 1şirniyyat qaşığı qoyub boxça kimi bükün.
Yağlanmış fırın sinisinə düzün.
Sonra üzərinə yağla qarışdırılmış yumurta sarısı sürtün.
Küncüt səpərək 180 dərəcə qızdarılmış fırında üzəri qızarana qədər bişirin.
Fırından çıxtığı andan bulkamız yeyilməyə hazırdır.

Nuş olsun!
Etiketlər: yumurta, şəkər, qaşığı, sarısı, qarışdırın, Sonra, əlavə, Küncüt, qabarması, stəkanı, temperaturunda, boxça, qoyub, bükün, Yağlanmış, düzün, sinisinə, fırın, kəsmikdən
BİZİ İZLƏYİN