Tərkibi:0,5 l qatıq
200 q xama
10 q jelatin (yarpaq)
0,5 və ya 2/3 st. şəkər tozu
1 paket vanili şəkər tozu
təzə giləmeyvə, şokolad yonqarı
Hazırlanması:10 q (yaxud 6 yarpaq) jelatini az miqdar soyuq suda 5-10 dəqiqə isladın.
Kasada qatıq, xama, şəkər tozu və vanili şəkəri şəkər tozu tam əriyənədək qarışdırın.
Şişmiş jelatinin artıq suyunu süzün. Su hamamında əridin. Mikrodalğalı sobada da əridə bilərsiniz (10-15 saniyə kifayət edər).
Jelatini qarışdırıb tam əridiyinə əmin olduqdan sonra nazik axınla qatıqlı qarışığı əlavə edin. Bu zaman dayanmadan qarışdırmağı da unutmayın. Soyuducuda 15-20 dəqiqə saxlayın.
Bu müddət ötdükdən sonra çıxarıb mikserlə çalın. Həcmi artacaq.
Formalara, yaxud stəkanlara təzə gileməyvələr və şokolad yonqarı salıb üzərinə krem qoyun.
Soyuducuda 3-4 saat saxlayın.
Nuş olsun!
Etiketlər: şəkər, dəqiqə, şokolad, yonqarı, yaxud, vanili, Soyuducuda, qatıq, sonra, saxlayın, yarpaq, zaman, dayanmadan, unutmayın, qarışdırmağı, axınla, nazik, olduqdan, müddət, qatıqlı