Tərkibi:4 su stəkanı ilıq süd
1 çay stəkanı şəkər
1 su stəkanı un
4 yemək qaşığı kakao
1 yemək qaşığı kərəyağı
1 paket vanil
1 paket krem şanti
1 su stəkanı süt (krem şanti üçün)
fıstıq
Hazırlanması:Düzbucaq formalı qaba çoxlu fıstıq səpilir və kənara qoyulur.
Süd, un, şəkər, kakao bir qazanda krem olana qədər bişirilir.
Kərəyağı və vanil də əlavə olunduqdan sonar mikserlə 4-5 dəqiqə çırpılır.
Fıstıq səpdiyimiz sini qaba ehtiyatla əlavə olunur.
Üzəri isladılmış qaşıqla formaya salınır və soyuyanda soyuducuya qoyub 2-3 saat gözlədilir.
Krem şanti hazırlanır və hazırlanmış kremin üzərinə əlavə olunur.
Soyuducuda 1 gecə də saxladıqdan sonra süfrəyə verə bilərsiniz.
Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, şanti, qaşığı, yemək, kakao, paket, olunur, vanil, şəkər, fıstıq, Şirniyyat, Üzəri, isladılmış, qaşıqla, formaya, saxladıqdan, ehtiyatla, Fıstıq, səpdiyimiz