• Marmalatlı tartolet resepti

Reseptin məlumatları Baxış sayı: 3 954

Tarix : 31-05-2017, 14:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 su stəkanı un
150 gram yumşalmış margarin
1 ədəd yumurta
1 qəhvə fincanı pudra şəkəri
1 qəhvə qaşığı qabartma tozu
1 qəhvə qaşığı vanil
Rəndələnmiş limon qabığı
Mürəbbə ya da marmalat

Üzəri üçün:
1 su stəkanı qoz
Yarım su stəkanı pudra şəkəri
2 ədəd yumurta
1 paket vanil
Rəndələnmiş limon qabığı

Hazırlanması:
Margarin və pudra şəkər yoğrulur.
Yumurta, vanil və rəndələnmiş limon qabığını əlavə edib yoğurun.
Sonra ələnmiş unu və qabartma tozunu əlavə edib çox qatı olmayan bir xəmir əldə edin.
Üzəri üçün qozu, pudra şəkərini, yumurtanı, vanili və rəndələnmiş limon qabığını blenderdən keçirin.
Yağlanmış tartolet qablarının dibinə xəmirdən kiçik hissələr döşəyin.
Ortasına mürəbbə ya da marmalad qoyun.
Marmaladların üstünə bir yemək qaşığı soustan tökün.
170 dərəcəli sobada 20 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: limon, pudra, qaşığı, qəhvə, stəkanı, vanil, qabığı, Üzəri, rəndələnmiş, əlavə, qabığını, Rəndələnmiş, yumurta, şəkəri, qabartma, Ortasına, qablarının, tartolet, mürəbbə, hissələr
BİZİ İZLƏYİN