• Holland üsulu almalı tart resepti

Reseptin məlumatları Baxış sayı: 12 792

Tarix : 4-02-2017, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 yumurta
1 su stəkanı şəkər
200 qram Marqarin vəya duzsuz kərəyağı
2.5 su stəkanı un
qabartma tozu
Vanil
Galeta unu
1 kq alma (6 ədəd orta büyüklükdə)
1 qaşıq darçın

Hazırlanması:
keks qabına marqarin çəkirik.
Daha sonra bir qabda, yumurta, şəkər, un, margarin və qabartma tozunu yoğururuq.
Yoğurma bitəndə xəmirdən bir parça götürüb üzəri üçün ayırırıq.
Daha sonra almaları soyub küp şəklində kvadrat formada dilimləyirik.
almaların üzərinə vanil, şəkər və darçın əlavə edib qarıdırırıq.
Xəmirdən kiçik hissələr götürüb keks qabına yapıb, galeta unu elavə edirik.
Daha sonra almaları töküb, üzəri üçün ayırdığımız xəmirləri 8 ədəd uzunsov formada edib üzərinə düzürük.
160 dərəcədə 1 saat bişiririk.

Nuş olsun!
Etiketlər: sonra, şəkər, götürüb, qabına, yumurta, almaları, üzərinə, formada, darçın, üzəri, qabartma, stəkanı, hissələr, kiçik, Xəmirdən, əlavə, almaların, vanil, yapıb, qarıdırırıq
BİZİ İZLƏYİN