• Şokoladlı tart resepti

Reseptin məlumatları Baxış sayı: 19 198

Tarix : 26-08-2015, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
Tart xəmiri üçün:

2 ədəd yumuranın sarısı (otaq temperaturunda)
3/4 stəkan şəkər tozu
1+1/2 stəkan un
6 xörək qaşığı kərə yağı və ya marqarin
1 çimdik duz
2 yemək qaşığı soyuq su

Şokaladlı krema üçün:
400 qram bitter şokalad (kiçik – kiçik doğranmış halda)
125 qram kərə yağı və ya marqarin
5 ədəd yumurta (otaq temperaturunda ağı və sarısı bir birindən ayrılmış halda)
1 stəkan toz şəkər
3/4 stəkan qaymaq

Hazırlanması:
Duxovkanı əvvəlcə 190 dərəcə isidin.

Tart xəmiri hazırlamaq üçün bütün xəmir xammalları qarışdırılır və bunlardan şokaladlı tart xəmir yoğrulur. Yoğrulan xəmir təqribən yarım saat soyuducuda gözlədilib dincəldilir.

Xəmir soyuducuda gözləədilərkən bu zaman ocağın üzərində bir qabda kərə yağı və ya marqarin şokaladla birlikdə əridilir və əriyərək qarışır. Yağ və şokalad əridikdən sonra soyumağa buraxılır.

Mətbəx masası yüngülcə unlanır. Dincəlib özünü tutan xəmir burada 0,5 sm qalınlıqda açılır. Qəlibin içərisinə yerləşdirilir. Alt hissəsi çəngəl vasitəsi ilə dəlinir. Üzərinə folqa sərilir. Bunun üzərinə biraz ağırlıq eləməsi məqsədi ilə noxud və ya lobya qoyulur. Bu şəkildə əvvəlcvdən 190 dərəcəyə isitdiyimiz duxovkaya verilir. Şokoladlı tart 15 dəqiqə bişdikdən sonra duxovkadan çıxardılır. Folqa və üzərindəki ağırlıqlar alınır. Duxovkanın temperaturu 180 dərəcəyə düşürdülür. Şokaladlı tart 10-15 dəqiqə yenidən bişirilir.

Şokaladlı tart ikinci dəfə bişirilərkən krema hazırlanmağa başlanılır. Krema hazırlamaq üçün yumurtanın sarısı və toz şəkər mikserdə möhkəmcə çırpılır. Yumurtanın rəngi ağaranda içərisinə qaymaq və şokolad qarışığı əlavə edilir. Yumurtanın ağı qar halına gətirilir və qarışığın içərisinə az – az əlavə edilir. Hazır olan krema bişmiş tartın içərisinə tökülür və 180 dərəcə isidilmiş duxovkada 25 dəqiqə bişirilir. Vaxtın sonunda tart duxovkadan çıxardılır. Bişən tart otaq temperaturuna gələnə qədər gözlədilir. Otaq temperaturuna soyudulmuş tart bundan sonra soyuducuya qoyulur və burada 12 saat gözlədilir.

12 saatdan sonra şokoladlı tart servisə hazır olur.

Nuş olsun!
Etiketlər: Şokaladlı, stəkan, içərisinə, xəmir, sonra, dəqiqə, marqarin, şəkər, krema, müddəti, sarısı, qaymaq, duxovkadan, çıxardılır, edilir, dərəcə, burada, bişirilir, soyuducuda, hazırlamaq
BİZİ İZLƏYİN