Tərkibi:Xəmiri üçün:
●250 q un (təqribən 2 stəkan)
●175 q kərə yağı
●yarım stəkan şəkər tozu
●yarım stəkan su
Üzəri üçün:●2 ədəd banan
●Hazır bananlı jele
Hazırlanması:Əvvəlcə yağımızı soyuducuya qoyuruq, yağ soyuq olmalıdır.Sonra isə unla yağı ya mikserlə ya da əlimizlə qarışdırırıq,qırıntı halına gələndə şəkər tozu və soyuq suyu əlavə edib qarışdırırıq.Hazır olmuş xəmiri streçlə büküb soyuducuya qoyuruq ən az yarım saat qalır(2 saat qalsa daha yaxşı). Bşirəcəyimiz tavanı yağlayıb unlayırıq.Xəmiri azca un vuraraq yayiriq cə qabın içinə yerləşdiririk.Şişməməsi üçün çəngəllə deşiklər açırıq və əvvəlcədən qızdırılmış sobada 170°də 40 dəqiqə bişiririk.çıxarandan sonra doyuq halda bananları doğrayıb üzərinə jeleni çəkirik (meyvəli jelelər hazır şəkildə şiriniyyat mağazalarında satılır).
Nuş olsun!
Etiketlər: stəkan, qoyuruq, soyuq, soyuducuya, Xəmiri, qarışdırırıq, şəkər, qızdırılmış, əvvəlcədən, sobada, 170°də, bişiririk, dəqiqə, açırıq, deşiklər, satılır, Şişməməsi, çəngəllə, içinə