Tərkibi:3 ədəd yumurta,
1 st. şəkər tozu,
1 st. qatıq,
1 st. duru yağ,
1 paket qabartma tozu,
1 paket vanil,
3 st. un
Üzəri üçün:
500 qr çiyələk,
0.5 st. şəkər kirşanı,
1 x.q. nişasta
Hazırlanması:Əvvəlcə şəkər tozu və yumurtanı mikserlə ağarana kimi çalırıq. Üzərinə yağ və qatıq əlavə edib, mikserin az sürətilə çalmağa davam edirik. Ardınca un, vanil və qabartma tozu əlavə edib, qaşıqla qarışdırırıq. Soba qabına yağlı kağız sərib, hazırladığımız xəmiri tökürük. . Əvvəlcədən isidilmiş 180 dərəcə istilikli sobada bişiririk. Bişməyinə az qalmış üzərinə doğranmış çiyələklər düzürük. Biraz da sobada saxladıqdan sonra çıxardırıq. Üzərinə şəkər kirşanı və nişasta qarışımını səpirik.
Nuş olsun!
Etiketlər: şəkər, sobada, Üzərinə, əlavə, kirşanı, nişasta, qatıq, qabartma, vanil, paket, bişiririk, Bişməyinə, qalmış, istilikli, Əvvəlcədən, üzərinə, isidilmiş, dərəcə, tökürük, düzürük