Tərkibi:5 portağal
500 ml gilənar kompotu
100 q şəkər tozu
25 q jelatin
Hazırlanması:Jelatini 150 ml qaynadılıb soyudulmuş suda 1 saat saxlayın.
Portağalı yuyub qabığını soyun, içini çıxarın.
Qazançaya gilənar kompotu tökün. Şəkər tozu əlavə edib ocağın üstünə qoyun. Qaynara düşəndə jelatini əlavə edin, qarışdırın, qaynara düşəndə ocaqdan götürün (qaynatmaq olmaz).
Soyuyandan sonra portağal qabıqlarının içinə doldurun, soyuducuda 6-7 saat saxlayın.
Sonra isə dilimləyin.
Nuş olsun!
Etiketlər: saxlayın, düşəndə, kompotu, əlavə, gilənar, portağal, götürün, olmaz, qaynatmaq, qaynara, jelatini, qarışdırın, Soyuyandan, ocaqdan, sonra, Sonra, dilimləyin, olsun, soyuducuda, doldurun