Tərkibi:150 q əridilmiş marqarin
1 yumurta
0,5 st. üyüdülmüş fındıq
0,5 ç.q. darçın
2,5 st. un
Krem üçün:1 paket krem-şanti
3/4 st. süd
0,5 st. qaymaq
Bəzək üçün:kivili jele
kivi
Hazırlanması:Krem üçün süd və krem-şantini birlikdə çalın. Qaymağı da əlavə edib təkrar çalın və soyuducuya qoyun.
Xəmir üçün olan ərzaqları 5 dəqiqə mikserlə çalıb xəmir yoğurun. Yumru qəlib və ya nəlbəki, stəkan vasitəsilə kəsib keks qablarına yerləşdirin. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin, sonra soyudun.
Kremi soyumuş kekslərin içinə doldurun. Kiviləri yarımdairə doğrayın. Kremin üstündə gül formasında yerləşdirin. Üzərinə jele gəzdirin.
Nuş olsun!
Etiketlər: çalın, yerləşdirin, dəqiqə, sobada, bişirin, sonra, soyudun, qızdırılmış, dərəcə, qablarına, vasitəsilə, stəkan, Əvvəlcədən, kəsib, Kremi, üstündə, Kremin, formasında, Üzərinə, olsun