• Ananaslı keks resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 483

Tarix : 8-01-2017, 20:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
3-4dilim konservləşdirilmiş ananas
300qr un
175qr şəkər tozu
125qr kərə yağı
2dolu yemək qaşığı hindisdan qozu
yarım stakandan bir barmak çox ananas suyu (150ml)
2ədəd yumurta
2çay qaşığı qabartma tozu
1çay qaşığı darçın tozu (olmasa da olar)
1cimdik duz

Hazırlanması:
Ananaslı keks resepti - FOTO RESEPT


Ananas dilimlərini konserva qutusundan çıxardıb, orta ölçüdə küplərə bölmək.

Ananaslı keks resepti - FOTO RESEPT


İri bir qabın içinə unla qabartma tozunu ələkdən keçirmək.Şəkər tozunu,bərəkət üçün 1cimdik duzu və darçın tozunu da əlavə edib quru ərzaqları yaxşıca qarışdırmak mən darçın qatmadım).

Ananaslı keks resepti - FOTO RESEPT

Ananaslı keks resepti - FOTO RESEPT

Ananaslı keks resepti - FOTO RESEPT


Unlu qarışımın ortasında bir çuxur açmaq və ora yumurtaları,yumuşaq kərə yağını əlavə etmək. Bütün ərzaqları bir-birinə qatmaq.Əvvəlcə qaşıqla qarışdırdım, sora barmaqlarımın ucuyla yağı və yumurtaları una yedizdirmək daha rahat oldu.

Ananaslı keks resepti - FOTO RESEPT

Ananaslı keks resepti - FOTO RESEPT


Gördüyünüz kimi iri parçalı bir məhlul alındı, dənizdəki nəmli qum kimi.

Ananaslı keks resepti - FOTO RESEPT


Ananas suyunu,doğranmış ananas parçalarını əlavə etmək və qaşıqla qarışdırmaq.

Ananaslı keks resepti - FOTO RESEPT

Ananaslı keks resepti - FOTO RESEPT


Keksin xəmiri hazırdır. Halva kimi bir xəmir alınmalıdır,yəni axışqan olmayan,hamar olmayan bir xəmir.

Ananaslı keks resepti - FOTO RESEPT


Keks qabını əvvəlcədən kərə yağı ilə yaxşıca yağlamak və bir az unlamak.Xəmiri qaba töküb 180dərəcəlik sobada təxminən 50-55 dəqiqə bişirmək.

Ananaslı keks resepti - FOTO RESEPT

Ananaslı keks resepti - FOTO RESEPT

Ananaslı keks resepti - FOTO RESEPT


Şirniyyatın hazır olduğunu yoxlamaq üçün diş çöpü yaxud kəskin bıçağın ucun keksin ortasından dibinə qədər batırın.Çöp quru çıxarsa,demək keks hazırdır.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, darçın, tozunu, ananas, Ananas, 1cimdik, hazırdır, yaxşıca, olmayan, ərzaqları, qabartma, xəmir, yumurtaları, qaşıqla, etmək, Gördüyünüz, alınmalıdır, alındı, məhlul
BİZİ İZLƏYİN