Tərkibi:6 ədəd milföy xəmiri
10-12 ədəd çiyələk - dilimlənmiş
2 yemək qaşığı krem pendir
2 yemək qaşığı çiyələk mürəbbəsi
Üzəri üçün:1 ədəd yumurta sarısı
1 şirin qaşığı su
Bəzəmək üçün:Pudra şəkəri
Hazırlanması:Bir qabda krem pendiri və çiyələk mürəbbəsin yaxşıca qarışdırın. Çiyələkləri boylamasına dilimləyin.
Milföy hamurunun kənarlarından təxminən yarım santimetr qədər qalacaq şəkildə daxili hissəsinə bıçaqla cızıq atın. Çərçivə kimi görünməsi lazımdır. Çərçivənin daxili qisiminə çəngəllə dəliklər açın və soba nimçəsinə düzüb əvvəldən isidilmiş 200 dərəcə sobada 10 dəqiqə bişirin.
Milföy pişince orta qismini çəngəllə basdırın və üzərinə krem pendirli qarışıqdan yayın, üzərinə çiyələk dilimlərini yerləşdirin. Bir kasada yumurta sarısı və su çırpın. Bir fırça köməyi ilə yumurtalı qarışığı xəmirin kənarlarına sürtün və 200 dərəcə əvvəldən isidilmiş sobada 12-15 dəqiqə bişirin. Şirniyyat soyuyunandan sora üzərinə pudra şəkəri səpib xidmət edin.
Nuş olsun!
Etiketlər: çiyələk, qaşığı, üzərinə, daxili, şəkəri, dəqiqə, çəngəllə, Milföy, sobada, bişirin, dərəcə, əvvəldən, yemək, isidilmiş, yumurta, sarısı, nimçəsinə, dəliklər, pendirli, pişince