Tərkibi:Xəmir üçün:
3 ədəd yumurta,
0.5 st. duru yağ,
0.5 st. yağın turtası,
1.5 st. şəkər tozu,
1 st. qatıq,
0.5 ç.q. soda,
4.5 st. un,
1 paket vanil
Üzəri üçün:
şəkər tozu,
rəngli kakos
Hazırlanması:Əvvəlcə şəkər tozu və yumurtanı "vençiklə" qarışdırırıq. Qalan ərzaqları da ardıcıl əlavə edərək xəmir yoğururuq. Xəmirdən balaca kündələr tutub, əlimizlə yastılayırıq. Hər bir peçenyanı şəkər tozuna batırıb, mərkəzinə rəngli kakos səpirik və soba qabına düzürük. 180 dərəcə istilikli sobada 15 dəqiqə bişiririk.
Nuş olsun!
Etiketlər: şəkər, rəngli, kakos, peçenyanı, tozuna, batırıb, yastılayırıq, əlimizlə, balaca, kündələr, tutub, mərkəzinə, səpirik, dərəcə, istilikli, dəqiqə, düzürük, qabına, Xəmirdən, bişiririk