• Ştollen resepti

Reseptin məlumatları Baxış sayı: 3 044

Tarix : 3-09-2018, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : bahasun


Tərkibi:
1,5 st. kişmiş
1 x.q. rəndələnmiş limon qabığı
1 x.q. rəndələnmiş portağal qabığı
1/2 st. xırdalanmış qoz ləpəsi
1 paket quru maya (10 qr.)
1 yumurta
2 st. un
1 st. şəkər tozu
150 ml. süd
100 ml. konyak
100 qr. kərə yağı
1/4 ç.q. darçın
1 paket vanil şəkəri
1/4 ç.q. muskat qozu
1/4 ç.q. toz zəncəfil
1/4 ç.q. duz

Üstü üçün:
şəkər kirşanı
30 qr. kərə yağı əridilmiş

Hazırlanması:
1. Kişmiş və qozu gücədən konyakda isladırıq.
2. Maya hazırlayaq. İliq südə mayanı əlavə edirik, yaxşı qarışdırırıq. Süd isti yox iliq olmalıdır, yoxsa maya "işləməyəcək" və sizdə heçnə alınmayacaq. İçinə 2 x.q. un və 1 x.q. şəkər tozu əlavə edirik. 10-15 dəqiqə üstü bağlı şəkildə mayalanmasını gözləyirik.
3. Şəkər tozun içinə bütün ədviyyatları, portağal qabığını və limon qabığını əlavə edirik. Qarışdırırıq.
4. Otaq temperaturunda yumuşaq kərə yağına mayanı, yumurtanı, unu, şəkər tozu qarışımını əlavə edirik. Yumuşaq, ələ yapışmayan xəmir yoğururuq, ən azı 10 dəqiqə yoğurmaq vacibdir. Hazır xəmir 2-3 saat isti yerdə mayalanmağa qoyuruq.
5. Mayalanmış xəmirə kişmiş və qoz qarışımını əlavə edib birdə yoğururuq.
6. Xəmirə forma verərək 1 saat ərzində üstü örtülü halda saxlayırıq. 160-170 dərəcədə 1 saata yaxın bişiririk.
7. Bişmiş Ştolleni çubuqla yoxlayın, içi bişib ya yox. Bişibsə həmən əridilmiş yağla üstünü yaxşı yağlayın. Üstünə şəkər kirşanı səpin və soyumasını gözləyin. Soyumuş Ştolleni folqa ilə bağlayıb həftələr sonrada yeyə bilərsiz. Qaldıqca dadı dahada açılacaq və gözəl olacaq.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, şəkər, edirik, kirşanı, qarışımını, dəqiqə, mayanı, Ştolleni, yaxşı, xəmir, qabığını, əridilmiş, paket, qabığı, rəndələnmiş, limon, yoğururuq, portağal, kişmiş, saxlayırıq
BİZİ İZLƏYİN