Tərkibi:100 qr kərə yağı
1 st şəkər tozu
1 ədəd yumurta
1 st süd
1 x.q. limon suyu
1 ç.q. qabartma tozu
2,5 st un
3 x.q. kakao
İçlik üçün:
1 paket krem şanti
1.5 st süd
Hazırlanması:İçlik üçün krem şanti və südü birlikdə mikserlə çalırıq və soyuducuda saxlayırıq.
Keks üçün südü biraz isidib, limon suyu əlavə edirikş və 30 dəq. gözlədirik. Digər tərəfdə kərə yağı və şəkər tozunu krem halına gələnə kimi çalırıq. Üzərinə yumurta töküb, çalmağa davam edirik. Sonra bu qarışımı süd qarışımına töküb, un, kakao və qabartma tozu da əlavə edrərək qarışdırırıq. Hazır olmuş qarışımı sobada 170 dərəcədə 10 dəqş bişiririk.
Sonra soyuducudan çıxardığımız kremi arasına çəkirik. Üzərinə əridilmiş şokolad töküb, soyuducuda dondurduqdan sonra süfrəyə verə bilərik.
Nuş olsun!
Etiketlər: töküb, əlavə, soyuducuda, Üzərinə, yumurta, qarışımı, Sonra, çalırıq, şəkər, kakao, limon, İçlik, qabartma, şanti, soyuducudan, çıxardığımız, bişiririk, dərəcədə, Hazır, olmuş