• Ev üsulu dadlı peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 12 184

Tarix : 5-01-2019, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
•200 gr kərə yağı
•1 stəkan pudra şəkər
•1 qabartma tozu
•1 vanil
•3-4 stəkan un
•1 yumurta
•1 yumurta sarısı (ağın atmayın)
•1 stəkan kakos

Hazırlanması:
Əgər yağınız yumuşalıbsa başlaya bilərik. Yağ, pudra şəkəri, qabartma tozu, vanil və yumurtanı əliniz ilə yoğurub kakosu tökün. Sonra isə az-az unu əlavə edin. 3 stəkandan sonra una nəzarət edin. Xəmir bərk olmamalıdı və əlinizə yapışmamalıdı.

İndi isə kurabiyəmizə forma verək. Kurabiyə kəsən qablar ilə forma verə bilərsiz. Və ya kiçik toplar düzəldə bilərsiz. Onların isə 1 hissəsin yumurta ağına batırıb kakoslayın. Üzərinə zövqə görə şokalad dənəciyi də qoya bilərsiz. Və sonda bişirmə kağızına qoyun. Öncədən isidilmiş 180° sobada bişirin. Çalışın bişirmə kağızından istifadə edin ki yanmasın. Biraz qızaran kimi sobadan çıxardın. Əks halda çox quru olacaq. Və budur kurabiyələr hazırdı.

Nuş olsun!
Etiketlər: stəkan, yumurta, bilərsiz, bişirmə, vanil, pudra, forma, qabartma, dənəciyi, sonda, kağızına, qoyun, şokalad, batırıb, ağına, hissəsin, Öncədən, kakoslayın, Üzərinə, zövqə
BİZİ İZLƏYİN