• Vafli resepti

Reseptin məlumatları Baxış sayı: 35 954

Tarix : 13-10-2015, 21:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : Yox


Tərkibi:
1 + 3/4 (260 qram) stəkan un
2 xörək qaşığı şəkər tozu
1 xörək qaşığı qabartma tozu
2 yumurta
1 + 3/4 stəkan süd
115 qram kərə yağı
1 çay qaşığı duru vanil (vanil ekstraktı)

Hazırlanması:
İri qabda un, şəkər tozu və qabartma tozunu qarışdırın.

Yağı əridib soyudun. Bir qabda yumurtaları yüngülvari çalın. Üstünə südü, soyumuş yağı və vanili əlavə edib qarışdırın.
İslaq kütləni quru (unlu) kütləyə əlavə edib qarışdırın.

Kütləni çalmayın.
Vafli formasını qızdırın. Azca yağlayın (mən sprey yağdan istifadə edirəm). Formanın ölçüsündən asılı olaraq, ortasına bir qədər xəmir tökün. Qapağını bağlayın. Kütlə formanın içində özü yayılacaq.
Vaflinin hər iki tərəfi qızılı rənd aldığında (çevirməyə gərək yoxdur, forma hər iki tərəfini bir dəfəlik bişirir; qapağı açmayın) formadan çıxardıb isti-isti süfrəyə verin.

Nuş olsun!
Etiketlər: vaflini, vafli, qaşığı, şəkər, qarışdırın, Vafli, süfrəyə, qabartma, vanil, xörək, əlavə, stəkan, qabda, forma, Kütləni, çalmayın, kütləyə, kütləni, olaraq, asılı, İslaq
BİZİ İZLƏYİN