• Şokoladlı paxlava resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 601

Tarix : 27-04-2015, 19:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Tərkibi:
1,5 st. şəkər tozu
1 st. su
3/4 st. bal
1 x.q. hil (yaşıl)
2 ç.q. limon şirəsi
1 limonun sedrası
1/4 ç.q. gül suyu
300 q kərə yağı
28 yarpaq filo xəmiri (hazır paxlava xəmiri)
2 st. fındıq
2 ç.q. darçın
1,5 plitka tünd şokolad

Hazırlanması:
Şərbət:

Su, bal, şəkər tozu və hili qazana töküb orta itilikli ocağın üzərinə qoyun, qaynara düşəndən sonra qarışdıraraq 20 dəqiqə bişirin.

Ocaqdan götürüb limon şirəsi, sedrası və gül suyu əlavə edin, qarışdırıb cunadan süzün, soyudun.

İç:
Fındığı qovurun, azca soyuyandan sonra dəsmalın arasına qoyub ovxalayaraq qabığını təmizləyin. Blenderdə xırdalayın. Xırdalanmış şokolad və darçınla qarışdırın.

Xəmirin donunu açın.
Yağı əridin.
Formaya yağ çəkin. Aralarına yağ çəkməklə 8 lay xəmiri üst-üstə yığın. Fındıqlı-şokoladlı qarışığın 1/4-ni səpin. Üzərinə arasını yağlamaqla 4 lay xəmir qoyun + şokoladlı qarışıq + 4 lay xəmir + şokoladlı qarışıq + 4 lay xəmir + şokoladlı qarışıq + 8 lay xəmir (8+4+4+4+8=28 lay xəmir + 4 lay şokoladlı qarışıq).
Paxlavanı kvadratlara, yaxud romblara bölün. 200-220 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.
Sonra şərbəti üzərinə gəzdirin. Hopmasını gözləyin.

Şokoladlı paxlava resepti - FOTO RESEPT

Şokoladlı paxlava resepti - FOTO RESEPT

Şokoladlı paxlava resepti - FOTO RESEPT

Şokoladlı paxlava resepti - FOTO RESEPT

Şokoladlı paxlava resepti - FOTO RESEPT

Şokoladlı paxlava resepti - FOTO RESEPT

Şokoladlı paxlava resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şokoladlı, xəmir, qarışıq, xəmiri, şokolad, üzərinə, sonra, bişirin, qoyun, şirəsi, şəkər, sedrası, limon, Fındıqlı, yığın, çəkməklə, şərbəti, qarışığın, Üzərinə, səpin
BİZİ İZLƏYİN