• Üçqulaq paxlava resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 65 090

Tarix : 10-08-2014, 00:22

Bölmə : Şərbətli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Azərbaycanda paxlavanın müxtəlif növləri var - Bakı, Şəki, Gəncə, riştə… Adətən, paxlavanı romb kimi kəsirlər. Qəbələ paxlavasını isə kəsmək lazım deyil, bir-iki dişləmə bitir. Üçbucaq formasında hazırlandığından elə adına da "üçqulaq" deyirlər.

Tərkibi:
Xəmir:

un
duz
su

İç:
qoz
şəkər tozu

Qızartmaq üçün:
ərinmiş kərə yağı

Hazırlanması:
Qozu maşından keçirin, şəkər tozu qatın.

Un, duz, sudan adi xəmir yoğurun. Qəzet kimi napnazik yayın. Alınmırsa, hazır filo xəmirindən istifadə edin (qat-qat xəmir yox a!).

Xəmiri şəridlərə bölün. Üzərinə plyonka çəkin, yoxsa quruyar, bükə bilməzsiniz.

Bir şəridi götürüb bir qırağını üçbucaq formasında qatlayın.
Üçqulaq paxlava resepti - FOTO RESEPT


İç qoyub xəmirin qırağını sıxın.
Üçqulaq paxlava resepti - FOTO RESEPT


Sonra şəridin qalanını bunun ətrafında elə qatlayın ki, üçbucağın hər tərəfində ən azı üç qat xəmir olsun. Bundan sonra şəriddən artıq qalırsa, bıçaqla kəsin.

Barmağınızı isladıb şəridin açıq qalan tərəfini "üçbucağa" yapışdırın.
Üçqulaq paxlava resepti - FOTO RESEPT


Bu qayda ilə xəmirdən üçqulaqlar hazırlayın. Bunu bişirməmiş də paketə qoyub soyuducuda bir neçə gün saxlaya bilərsiniz. Qonaq gəldi - tezcə hazırlayıb isti-isti süfrəyə vermək olar.
Üçqulaq paxlava resepti - FOTO RESEPT


Ərinmiş kərə yağında üçqulaqları qızardıb süfrəyə verirlər. Onun dadı elə isti olanda çox qəşəngdir.
Üçqulaq paxlava resepti - FOTO RESEPT

Üçqulaq paxlava resepti - FOTO RESEPT

Üçqulaq paxlava resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: xəmir, formasında, süfrəyə, şəkər, olsun, şəridin, qırağını, qoyub, qatlayın, isladıb, şəriddən, artıq, qalırsa, Barmağınızı, bıçaqla, kəsin, tərəfində, Sonra, sıxın, xəmirin
BİZİ İZLƏYİN