• Tiramisu resepti

Reseptin məlumatları Baxış sayı: 23 391

Tarix : 30-12-2020, 12:00

Bölmə : Tort reseptləri / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 ədəd yumurta
100 qr şəkər tozu
500 qr Maskarpone (italyan pendiri)
250 qr (təxminən 34 ədəd) “Дамские пальчики”
350 ml qəhvə
Kakao
2-3 x/q şirin şərab (zövqə görə konyak, likör də istifadə edə bilərsiniz)

Hazırlanması:
Birinci yumurtaların ağını sarısından ayırırıq. Daha sonra yumurtanın sarısı ilə şəkər tozunu mikser vasitesilə qarışdırırıq. Daha sonra Maskarpone pendirini əlavə edib qarışdırmağa davam edirik.

Başqa bir qabda yumurtanın ağını tam şişənə qədər mikserlə qarışdırırıq. Hazır olduqdan sonra birinci hazırladığımız qarışıma ehtiyatla əlavə edib yavaş-yavaş qarışdırırıq.

350 ml suya təxminən 4 çay qaşığı qəhvə əlavə edib qarışdırın. İstəyə uyğun olaraq buraya şirin şərab, konyak əlavə edə bilərsiniz. Hazır olan qəhvəyə çubuqları salırıq. Amma çox saxlamamağa diqqət edin ki, qırılmasınlar.

Qəhvədə isladılmış çubuqları ölçüsü 17x25 sm olan qaba düzürük. Üzərinə hazırladığımız qarışımın bir hissəsini tökürük. Üstünə yenidən qəhvədə isladılmış çubuqları düzürük. Qabda qalan qarışımı yenidən çubuqların üzərinə tökürük. Soyuducuya qoyub 5-6 saat saxlayırıq.

Tiramisunu soyuducudan çıxartdıqdan sonra üzərinə kakaonu ələyirik. Doğrayarkən ehtiyatlı olun ki, içərisi qat-qat qalsın.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, qarışdırırıq, çubuqları, hazırladığımız, Hazır, ağını, yumurtanın, düzürük, yenidən, tökürük, isladılmış, üzərinə, bilərsiniz, şirin, təxminən, Maskarpone, şəkər, şərab, qəhvə
BİZİ İZLƏYİN