• Napoleon tortu (tavada) resepti

Reseptin məlumatları Baxış sayı: 16 901

Tarix : 1-05-2017, 22:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Gülnar


Tərkibi:
Xəmir üçün:
1 st süd,
1 ədəd yumurta,
0.5 st şəkər tozu,
çay qaşığının ucunda soda,
100 qr yağ,
1 x.q. duru yağ,
5 st un (apardığı qədər),
1 çimdik duz

Krem üçün:
2 ədəd yumurta,
1.5 st şəkər tozu,
600 ml süd,
300 qr yağ,
3 x.q. un,
3 x.q. nişasta,
1 paket vanil

Hazırlanması:
İlk öncə sodanı sirkədə söndürürük. Daha sonra ilıq süd və sodanı bir qabda qarışdırırıq. Başqa bir qabda unu əliyirik. Üzərinə duz, şəkər tozu, yumurta və yağ əlavə edib, südlü qarışımla birlikdə xəmir yoğururuq. Xəmiri özünə gəlməsi üçün isti yerdə gözlədirik.

Bu müddət ərzində kremi hazırlaya bilərsiniz. Krem üçün əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə un, nişasta və vanil əlave edib, çalmağa davam edirik. Son olaraq süd töküb, az odda qatılaşana kimi bişiririk. Tam soyuduqdan sonra üzərinə 300 qr yumuşaldılmış kərə yağı əlavə edib, mikserlə krem halını alana kimi qarışdırırıq.

Xəmir hazır olduqdan sonra tavanın ölçüsünə görə kündələr tuturuq. 22 sm ölçülü tava üçün 11 kündə alınır. Kündələri yayaraq, tavada qazın üzərində bişiririk. Bişirən zaman əvvəlcə tavaya bir dəfə yağ çəkirik, yaydığımız xəmiri yerləşdirib, qapağını örtürük. Bir tərəfi bişdikdən sonra digər tərəfinə çeviririk və bu zaman qazanın qapağını bağlamırıq.
Lavaşlar soyuduqdan sonra arasına krem çəkib, üst-üstə yığırıq. Üzərini zövqə görə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qatılaşan, sonra, şəkər, yumurta, əlavə, Üzərinə, qabda, zaman, qarışdırırıq, mikserlə, soyuduqdan, bişiririk, Xəmir, əvvəlcə, bilərsiniz, qapağını, nişasta, sodanı, vanil, Kündələri, çəkib
BİZİ İZLƏYİN